Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği məlum olub

Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği məlum olub.

APA-nın məlumatına görə, bu, büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində nəzərdə tutulur.

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq III oxunuşda qəbul edilib.

  DİGƏR XƏBƏRLƏR