Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrin adları açıqlanıb

Azərbaycan cari ilin yanvar-oktyabr aylarında ən çox Rusiyadan məhsul idxal edib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, 10 ayda ölkəyə ən çox Rusiya, Türkiyə və İsveçrədən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 1 milyard 870 milyon 376 min ABŞ dolları, Türkiyədən 1 milyard 326 milyon 828 min dollar, İsveçrədən isə 1 milyard 216 milyon 633 min dollar olub.

  DİGƏR XƏBƏRLƏR