Bələdiyyə seçkilərində namizəd olmaq üçün – Son gün

Bu gün Azərbaycanda bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün nəzərdə tutulan vaxt başa çatır.

“Qafqazinfo” xəbər verir ki, sənədlər səsvermə gününə ən çox 50 və ən az 30 gün qalmış, yəni 2019-cu il noyabrın 3-dən noyabrın 22-i saat 18:00-dək təqdim edilməlidir.

Sənədlər qəbul edildikdən sonra 7 gün müddətində dairə seçki komissiyaları imza vərəqələri və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul edir.

Qeyd edək ki, bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Seçki Məcəlləsinə əsasən, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir.

  DİGƏR XƏBƏRLƏR