Bələdiyyə üzvlüyünə namizədlər RƏQƏMDƏ

“İndiyədək dairə seçki komissiyalarına 42625 nəfər bələdiyyə seçkilərində namizədlik üçün müraciət edib”.

Bunu Modern.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib. O, müraciət edənlərdən 35574 nəfərin namizəd kimi qeydə alındığını vurğulayıb.

“Noyabr ayının 22-də axşam saat 18:00-da namizədliyin qeydə alınması üçün tələb olunan zəruri sənədlərin dairə seçki komissiyasına təqdim olunma müddəti başa çatacaq. İndiyədək bələdiyyə seçkilərini izləmək üçün 1481 nəfər yerli müşahidəçi akkreditasiyadan keçib. Onların 107-i Mərkəzi Seçki Komissiyasında akreditasiyadan keçməklə bütün ölkə ərazisində müşahidə aparmaq hüququ əldə eidb. 1374 nəfər isə dairə seçki komissiyalarında akreditasiyadan keçərək müvafiq dairə ərazisində müşahidə aparmaq hüququ əldə ediblər”.

  DİGƏR XƏBƏRLƏR