Bakıda binaların istiliklə təminatı niyə mümkün deyil? – AÇIQLAMA

“Bakı şəhərində bütün binaların istiliklə təminatı tam mümkün deyil. Paytaxtda 300-ə yaxın bina istilik sisteminə tam qoşulmayıb”.

 

Modern.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Qərargahında keçirilən mətbuat konfransında “Azəristiliktəchizat” ASC sədrinin müavini İlham Mirzəliyev bildirib.

 

Onun sözlərinə görə, bunlar əsasən mülkiyyətçilərə məxsus binalarda istilik sistemləri ilə bağlı olan problemlərdir:

 

“Digərləri ilə bir sıra texniki problemlərlə bağlıdır. Problemlərin aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanları ilə tədbirlər görülməkdədir”.

 

Sədr müavini qeyd edib ki, Bakıda istilik sistemi təmin edilməyən binaların əsasən mərkəz hissədə, Nərimanov, Nəsimi rayonlardadır:

 

“Bunlar əsası köhnə tipli bunlardır. Bəzi binalar 60-ci illərə aiddir, onlarda istilik sistemləri döşəmə tiplidir və bərpası mümkün deyil. Bəzi binaların sökülməsi və yeni binaların tikilməsi nəzərdə tutulur”.

 

İlham Mirzəliyev bildirib ki, 10 il əvvəl istilik təchizatının bərpası ilə bağlı 10-12 müraciət daxil olurdu.

“Bu gün isə həmin  rəqəm il ərzində 100-lərlədir”.

 

O qeyd edib ki, “Azəristiliktəchizat”ın 3 əsas strategiyası var:

 

“Bu vaxta qədər 170 istilik məntəqəsi yaradılıb, 1500- dən artıq yaşayış binasında, 400- dən artıq məktəbdə istilik sistemi qurulub. Ümumilikdə 2700-dən artıq yaşayış binasında istilik sistemi yenidən qurulub”.

 

Sədr müavini onu da qeyd edib ki, hazırda əsas problemlər binadaxili istilik təchizatı sistemində olan problemlərdir:

“Gələcəkdə 110 istilik mənbəsi, 84 qazanxanaın qurulmasını planlaşdırırıq. Bu isə ümumilikdə 950 yeni iş yeri yaradılması deməkdir”.

  DİGƏR XƏBƏRLƏR