Bu gün AVRO-2020-nin püşkü atılacaq

Bu gün AVRO-2020-nin final mərhələsinin püşkatması olacaq.

“Qafqazinfo” xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Püşkatma zamanı 24 komanda 6 qrupa bölünəcək. Bunlardan isə 20-nin adı dəqiqləşib.

1-ci səbət

Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna

2-ci səbət
Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya

3-cü səbət
Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya

4-cü səbət

Uels, Finlandiya, pley-offdan gələcək 4 komanda

Qeyd edək ki, turnir gələn il iyunun 12-dən iyulun 12-dək 12 şəhərdə baş tutacaq. Bu şəhərlər arasında Bakı da var.

  DİGƏR XƏBƏRLƏR