Bu gündən hava soyuyur – yağış, külək…

Noyabr üçün xarakterik olmayan hava şəraiti hansı fəsadlara səbəb ola bilər?

Noyabr ayı başlayandan hava şəraiti dəyişkən keçir. Əvvəlcə qəfildən gələn soyuq hava şəraiti sonradan noyabr ayı üçün xarakterik olmayan nisbətən isti keçməyə başladı. Hətta bəzən sinoptiklər tezliklə yağış yağacağını, havanın kəskin dəyişəcəyi proqnozunu versələr də, havanın temperaturunun daha da artdığının şahidi oluruq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə noyabrın 14-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

hava yağış külək ile ilgili görsel sonucu

Bölgələrdə isə əsasən şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 14-18, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Mütəxəssislər onu da qeyd edir ki, dəyişkən hava şəraiti bəzən insanlarda həm psixoloji fəsadlar, həm də xəstəliklərə səbəb ola bilir. Bunun üçün də tövsiyə edilir ki, oturaq şəraitində çalışanlara, passiv həyat tərzi sürənlərə, həmçinin intellektual əmək sərf edənlərə də bu cür hava şəraiti təsir edir. Fiziki olaraq yaşla bağlı da depressiyaya düşmək olur. Ona görə də ilk növbədə fiziki aktivliyi qorumaq lazımdır. Hər gün hava şəraitindən asılı olmayaraq, azı 1 saata qədər təmiz havada gəzmək mütləqdir.

Azyaşlı uşaqlar və yaşı 50-dən yuxarı olanlarda fəsil dəyişikliyi müəyyən əlamətlərlə özünü göstərir. 5-6 yaşlı uşaqları həmin dövrdə fiziki və emosional yükdən azad etmək lazımdır. 11-14 yaşlı uşaqların oqranizmində hormonal dəyişiklik baş verdiyindən onları fiziki cəhətdən yükləmək məsləhət görülmür.

Azad İsazadə ile ilgili görsel sonucu

Psixoloq Azad İsazadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Əlbəttə ki, havanın dəyişkən keçməsi müəyyən fəsadlar yaradır. Lakin bu fəsadlar insanlarda daha çox fiziki həssaslıq yaradır, nəinki  psixoloji.

Məlum olduğu kimi noyabr ayı başlayanda hava şəraiti birdən-birə kəskinləşdi. Bir neçə gün sonra isə yenidən hava mülayim şəraitə keçdi. Müşahidələr onu göstərdi ki, bu dəyişkənlik insanlarda o qədər də reaksiya yaratmadı. Çünki hava mülayim oldu və insanlarda rahatlıq yaratdı.

Lakin proqnoz verildi ki, sabahdan başlayaraq hava şəraiti dəyişəcək, soyuqlar başlayacaq. Bu da meteohəssas insanlara öz təsirini göstərəcək”.

Xalidə GƏRAY

  DİGƏR XƏBƏRLƏR