Bu it sadə bir sistem sayəsində sahibi ilə ünsiyyətə girir – MARAQLI…+ VİDEO

Heyvanların insanlarla ünsiyyətə girməsi günümüzdə getdikcə artan bir məsələdir. Bu mövzuda bu günə qədər bir çox örnəklə qarşılaşmışıq. Ancaq bu günki örnəyimiz gördüklərimizdən çox fərqlənir.
Moderator.az xəbər verir ki, İngiltərədə Kristina Hanqer adlı qadın “Stella” adlı iti üçün xüsusi bir əlaqə sistemi hazırlayıb. Sözügedən sistem itin söyləmək istədiklərini tək kəlimə ilə ifadə edən düymələrdən ibarətdir.
Stella bu düymələri ehtiyac duyduğu zaman istifadə edir və Kristinaya nə demək istədiyini dəqiq deyə bilir. İtin sahibi onun bu günə qədər 29 kəlimə ilə birlikdə bir neçə söz dediyini söyləyib.
Stellanın sahibi ilə ünsiyyət yaratmasını təmin edən sistemdə (İstəmək), (Gəlmək), (Yemək) kimi bəsit kəlimələrlə birlikdə sahibinin adını söyləyə biləcəyi proqramlaşdırılmış düymələr var.

 

  DİGƏR XƏBƏRLƏR