Çinin valyuta ehtiyatları artıb

Son 1 ayda Çinin valyuta ehtiyatları 13 milyard ABŞ dolları və yaxud 0,4% artaraq 3 105 milyard dollara çatıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici Valyutanın idarə olunması Dövlət Administrasiyası (SAFE) məlumat yayıb.

Qurumun sözçüsü Vanq Çunyinq bildirib ki, xarici qeyri-müəyyənliyin artmasına baxmayaraq, Çin iqtisadiyyatı ümumi sabitliyini qoruyur və inkişaf edir.

  DİGƏR XƏBƏRLƏR