Cümşüd Nuriyev qadınlardan üzr istədi (VİDEO)

İTV-də yayımlanan “3D” verilişinin qonağı qalmaqallı politoloq Cümşüd Nuriyev olub.
 Qafqazxeber.az ölkə.az-a istinadən xəbər verir ki, o, həmin gün Qarabağ savaşı zamanı döyüşən qadınlardan ibarət batalyonun üzvlərinin ünvanına səsləndirdiyi ifadələrə aydınlıq gətirib.
“Söhbət bilavasitə parlamentə hücumdan gedirdi. Həmin vaxt mən millət vəkili kimi orada idim. O vaxt keçirdiyim emosiyanı təkrar yaşadım. İnsan emosional vəziyyətdə olanda beyni ilə dili arasında müəyyən problem yaranır.
Ərindən boşanmaq məsələsinə gəlincə, o qadınları tanıyırdım.
Fikrim həmin anda kadrlara baxa-baxa söylədiyim fikirlərdir. Sayt mənim dediyim sözləri verir. Orada konkret xanım Xəlilovanın batalyonu demək istədim. Oradakı qadınların heç biri döyüşməmişdi”, – deyə Nuriyev bildirib.
Bundan sonra Cümşüd Nuriyev efirdə Azərbaycan qadınlarından üzr istəyib:
“Birinci Qarabağ qazilərindən üzr istəyirəm. Bütün xanımlardan üzr istəyirəm, çünki söhbət bir əlin barmağı qədər olan qadınlardan söhbət gedirdi.
Lakin bunu da deməli deyildim. Məsələnin bu qədər şişməsini istəmirəm. Cəmiyyət mövzusuz qaldığına görə istəyirəm məsələ bağlansın. Hər bir qadın mənə əzizdir”, – deyə politoloq fikrini tamamlayıb.
Qeyd edək ki, sabiq millət vəkili, ictimai fəal Cümşüd Nuriyevin “Xalq Cəbhəsinin Xanım Xəlilovanın başçılığı ilə yaradılmış bir qadın batalyonu var idi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idisə, hamısı küçə söyüşləri ilə orada idilər” açıqlaması cəmiyyət arasında sərt reaksiyaya səbəb olub.

  DİGƏR XƏBƏRLƏR