“Dedovşina”ya görə səkkiz silahdaşını qətlə yetirən əsgər pulsuz müdafiə olunacaq

Rusiya Federasiyasının Zabaykal əyalətində yerləşən hərbi hissədə səkkiz hərbçi yoldaşını qətlə yetirən əsgər Ramil Şamsutdinovu müsəlman icmasından olan vəkillər müdafiə edəcək.

Bu barədə TASS agentliyinə onun atası məlumat verib.

“Ötən gün Moskvada müsəlman icmalarını təmsil edən vəkillərlə görüşdüm. Onlar heç bir ödəniş edilmədən oğlumun müdafiəsində iştirak etmək istədiklərini bildirdilər”, – məlumatda deyilir.

Göstərilən xidmətlərə rəğmən, Səlim Şamsutdinov vəkillərin səfər və yerləşmə xərclərini ödəməli olacağını deyib.

  DİGƏR XƏBƏRLƏR