Dünya əhalisinin yarısı təhlükədədir – ŞOK XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) danq, zika və çikunqunya viruslarından qaynaqlanan xəstəlikləri nəzarətdə saxlaya bilmək üçün radiasiyadan istifadə edərək erkək ağcaqanadları qısırlaşdıran metodu tezliklə sınaqdan keçirəcək.

Təşkilatın açıqladığı yeni hesabatda ağcaqanadların yaydığı tropik xəstəlik olan danqın son illərdə 110 ölkəyə gedib çatdığına diqqət çəkilib.

Hesabatda, ÜST təxminlərinə görə, yüz minlərlə insanın bu xəstəliyə yoluxması ilə dünya miqyasındakı danq xəstələrinin sayı 3,5-4 milyona çatacaq.

İlk mərhələdə ABŞ Təsərrüfat Nazirliyi tərəfindən məhsulun faydalılığına zərər verən böcəkləri qısırlaşdırmaq üçün 6 qitədə istifadə edilmiş “Qısırlaşdırılmış Böcək Taktikası” test ediləcək. Proses müəyyən obyektlərdə böyük miqdarda erkək ağcaqanad yetişdirilib qısırlaşdırıldıqdan sonra təbiətə buraxılaraq dişilərlə cütləşmələri istiqamətində gedəcək.

Dünyanın yarısı risk altındadır

ÜST-ün alimi Soumya Svaminatan yeni taktika ilə bağlı açıqlamasında “dünya əhalisinin yarısı indidən danq virusu riski altındadır. Təcili yeni yanaşmalara ehtiyacımız var və bu təşəbbüs həm ümid, həm də həyəcan verir” sözlərini işlədib.

Qeyd edək ki, ağcaqanadların yaydığı bu viruslar dünyadakı epidemiyaların 17%-ni təşkil edir və ildə 7 yüz mindən çox insanın ölümünə səbəb olur./publika.az

  DİGƏR XƏBƏRLƏR