Estoniya prezidenti Rusiyanı ən çətin müttəfiq adlandırıb

Estoniya prezidenti Kersti Kalyulayd Rusiyanı ən çətin partnyor adlandırıb.

Bu barədə o, “EurActiv”a müsahibəsində bildirib.

Dövlət başçısı bununla belə, rəsmi Moskva ilə dialoqun əhəmiyyəti haqqında da bəhs edib.

Bundan əlavə, siyasətçi Moskvanı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməməkdə ittiham edib.

“Sirr deyil ki, Rusiya onsuz da beynəlxalq aktlardakı şəxsi imzalara etinasız yanaşır və NATO bu vəziyyəti təhlil edib əhəmiyyətli risklərin mövcud olması qənaətinə gəlib”, – Estoniya prezidenti bildirib.

  DİGƏR XƏBƏRLƏR