“Facebook”ın işində problemlər yaranıb

Bir sıra ölkələrdən olan “Facebook” istifadəçiləri sosial şəbəkədə olan nasazlıqlardan şikayətlənirlər.

Trend-in məlumatına görə, bu barədə “Downdetector” saytında bildirilib.

Məlumata əsasən, problemlər barədə daha çox ABŞ, Braziliya, Peru, Rumıniya, və İsraildə qeydə alınıb.

İstifadəçilərin əksəriyyəti (73%) xəbər lentası ilə bağlı problemlərdən şikayət edir, istifadəçilərin 14%-i sosial şəbəkənin işləməməyi, 11% -i isə “Facebook”-a girişdə problem yaşayır.

  DİGƏR XƏBƏRLƏR