Fazil Mustafa: “Biz bələdiyyələrin səlahiyyətlərini genişləndirməliyik”

“Büdcə müzakirələrinin formatı dəyişilməlidir”. Deputat Fazil Mustafa bu fikirləri Milli Məclisdəki büdcə müzakirələri zamanı söylədi.

F.Mustafa bildirdi ki, ötən ilin büdcəsinə sanksiyalar üzrə 232 milyon gəlirin büdcəyə daxil edilməsi nəzərdə tutulmuşdu: “Bu il isə bu rəqəm büdcədən çıxarılıb. Bu, büdcənin müsbət tərəflərindən sayılmalıdır”. Deputat bələdiyyələrə ayrılan vəsaitdən də bəhs etdi: “Bələdiyyələrdən 6 milyon vəsait ayrılıb. Bu vəsait 30 milyon olsaydı, nə dəyişəcəkdi? Biz bələdiyyələrin səlahiyyətlərini genişləndirməliyik ki, özləri müstəqil şəkildə fəaliyyət göstərən qurumlara çevrilsinlər”.

F.Mustafa ölkəyə gətirilən tibbi ləvazimatlarla bağlı da fikirlərini ifadə etdi: “10 min manatlıq tibbi avadanlıq alınırsa, ölkəyə qonşu dövlətlərlə müqayisədə 3-4 dəfə baha başa gəlir”.

E.Paşasoy,

Musavat.com

  DİGƏR XƏBƏRLƏR