“Gördüm ki, mənə qarşı o hörmət olmayacaq” – Namiq Qaraçuxurlu

Meyxanaçı Namiq Qaraçuxurlu İTV-də yayımlanan “Fatehin divanı” proqramında qonaq olub.

Musavat.com xəbər verir ki, ifaçı ailə həyatının onu dəyişdirdiyindən bəhs edib: “Evlilik məni çox dəyişib. İlk növbədə əvvəllər hansısa addımı atırdımsa, artıq bunu etmirəm. Maddi baxımdan artıq özünü fikirləşməyə başlayırsan. Adını daha çox qorumağa başlayırsan”.

O, Almaniyaya köçmək arzusundan söz açıb: “Ən sevdiyim ölkə Almaniyadır. Köln şəhərində olmuşam. Bir ara ora köçmək istəyirdim. Getdim 15 gün bir evdə qaldım ki, görüm sakin kimi yaşaya bilirəm? Gördüm ki, mən gələndə o alqış, hörmət olmayacaq. Ona görə də fikrimdən daşındım”.

  DİGƏR XƏBƏRLƏR