İnanılmaz elmi kəşf: Bəşəriyyət məhv olmaqdan qurtula biləcək…

“NASA-nın əlində Marsın səthində həşəratların olmasıyla bağlı dəlillər var”.
Qaynarinfo “Deyli Meyl” qəzetinə istinadən xəbər verir ki, bu haqda Ohayo Universitetinin fəxri doktoru Vilyam Rosomer açıqlamasında deyib. O, Qırmızı Planetin görüntülərində indi fosillərlə təmsil olunan ekzoskeletonların və əlavələrin mövcud olduğunu qeyd edib.
Rosomer əlavə edib ki, Marsda daşlaşmış formalardan başqa tamamilə canlı olan həşəratlar da var. Elm adamı inanır ki, qanadları olan həşəratların mövcudluğuna dair dəlillər mövcuddur və şəkillərdə onların ayaqları, eləcə də bədən hissələri görünür. Bir neçə il ərzində çəkilən şəkillər NASA Jet Propulsion Laboratoriyasından götürülüb.
Alimin sözlərinə görə, formaların dəqiq konturu var. Onların görünən başları, bədənin seqmentli hissələri var ki, bu da planetdə həyatın mövcudluğu haqqında danışmağa imkan verir:
“Bu formanın aydın bir görüntüsü müəyyənləşdirildikdən və təsviri əldə edildikdən sonra o, əsas formanın digər daha aydın, lakin etibarlı şəkillərinin tanınmasını xeyli asanlaşdırdı”.
Beləcə, böcəklərin konnektorunda altı ətraf və bir cüt anten var ki, bu da Yer həşəratlarına tamamilə xasdır. Bəzi böcəklər arıya, canlılardan biri isə daha çox sürünənə – ilana bənzəyir.
Özü entomologiya professoru olan Rosomer qeyd edib ki, Marsda suyun olması faktı sübuta yetirlib. Buna görə də planetdə həyatın mövcudluğu tam inandırıcıdır.

  DİGƏR XƏBƏRLƏR