İnsan üzlü balıq görüntüləndi (VİDEO)

Çində insanabənzər üzə sahib sazan balığı aşkarlanıb.Qaynarinfo xəbər verir ki, insan üzlü balıq 2016-cı ildə orta məktəb müəllimi Çiu Siaoxua tərəfindən Vuqanq şəhərində tutulub. O, daha əvvəl belə canlı ilə qarşılaşmadığını dilə gətirib.Daha əvvəl 2010-cu ildə Esseks şəhərində Brendan O’Sullivan tərəfindən tutulan insan üzlü balığa 40 funt-sterlinq dəyər ölçülmüşdü. Çinli kolleksiyaçılar nadir tapılan bitki və heyvanlara yüksək məbləğ ödəyirlər.

Qeyd edək ki, balığın görüntüləri Çinin “Weibo” sosial şəbəkəsində yayılıb və marağa səbəb olub.

  DİGƏR XƏBƏRLƏR