İranda 69 nəfər ölüb – SƏBƏB

İranda ötən 2 ay ərzində 1 205 nəfər dəm qazından zəhərlənib.

Bunu İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd deyib.

P.Kulivəndin sözlərinə görə, dəm qazından zəhərlənmə nəticəsində 69 nəfər ölüb.

Təşkilat sədri 286 nəfərə yerində, 850 nəfər isə müalicə mərkəzlərində xidmətlərin göstərildiyini deyib.

P.Kulivənd bildirib ki, Tehran 241, Fars 114 nəfər, Şərqi Azərbaycan 105 nəfər, Rəzəvi Xorasanı 100 nəfər olmaqla dəm qazı ilə ən çox zəhərlənmə qeydə alınan vilayətlərdir:

“Həlak olanların 10 nəfəri Şərqi Azərbaycan, 10 nəfəri İsfahan, 9 nəfəri isə Fars vilayətlərinin sakinləridir”.

  DİGƏR XƏBƏRLƏR