İraqda iğtişaşlar səngimir: Körpülər ələ keçirildi

İraqın Ən-Nəsiriyyə şəhərində nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb.

Bu barədə AFP məlumat yayıb.

Toqquşmalar zamanı 180 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Etirazçılar şəhərdəki iki körpünü ələ keçirməyə müvəffəq olub. Yerli hakimiyyət orqanları komendant saatı elan edib. (Axar.az)

  DİGƏR XƏBƏRLƏR