Kadırov Gürcüstana birbaşa yol istəyir

Çeçenistan rəhbəri Ramzan Kadırov Gürcüstana birbaşa yolun açılmasını istəyir.

Virtualaz.org bildirir ki, Kadırov İtum-Kali kəndindən Gürcüstana getmək üçün 40-50 dəqiqə vaxt itirildiyini deyib.

O bildirib ki, Türkiyədən keçməklə Gürcüstana yol açılarsa, bu həm də Avropaya yol deməkdir: “Bu isə Şimali Qafqaz üçün çox mühümdür, eləcə də dəmir yolu. Düşünürəm ki, yaxın vaxtlarda biz o yolu açacağıq. Bu o demək deyil ki, bu gün bu məsələ qaldırılır, sabah həll olunacaq. Sadəcə arzulayırıq”.

  DİGƏR XƏBƏRLƏR