Korrupsiya mütəxəssisi 2.5 milyon çirkli pulun yuyulmasında ittiham olunub

ABŞ-da korrupsiya ilə bağlı etdiyi araşdırmaları ilə tanınan professor Bryus Beqli çirkli pulları yumaqda ittiham olunaraq nəzarət altına alınıb.

Primetime.az xəbər verir ki, keçmişdə FBI, BMT və bəzi Latın Amerikası hökumətlərinə pul və narkotik ticarəti ilə mübarizə mövzusunda məsləhətlər verən Bryus Beqlinin Venesuelada 2,5 milyon dollar çirkli pulun yuyulmasına kömək etdiyi və 10 faiz komissiya aldığı iddia edilib. Cinayətin sübut olunacağı təqdirdə Beqlinin 20 il müddətinə azadlıqdan məhrum ediləcəyi bildirilib.

 

Məhkəmə qeydlərinə görə, prokurorluq Beqlinin 2016-cı ildə Floridada şirkəti adına bir hesab açdığı söyləyib. Bir il müddətində heç bir hərəkət müşahidə olunmadığı hesaba daha sonra BƏƏ və İsveçrədə yüksək məbləğdə pul köçürülüb.

 

Prokurorluğun məlumatına görə, pulun göndərildiyi hesablardan biri qida, digəri isə aktivlərin idarə edilməsi şirkətinə aiddir. Manhettendəki məhkəməyə təqdim olunan sənəddə hər iki hesabın Venesueladakı korrupsiyada günahlandırılan Kolumbiya vətəndaşına aid olduğu iddia edilib.

 

Faktla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR