Livan prezidenti: “Kim hakimiyyəti bəyənmirsə, ölkəni tərk etsin!”

Livanın paytaxtı Beyrutda əhali şəhərin əsas yollarını bağlayaraq etiraz edib.

Bizimyol.info xəbər verir ki, buna səbəb ölkə başçısı Mişel Avnın yerli televiziyaya verdiyi müsabibə olub.

“Problemlərinizi bildik, həlli üçün də bacardığımızı edərik, amma yolları bağlamaqla ölkə həyatını iflic edirsiniz. Kim hakimiyyətin siyasətini bəyənmirsə, ölkədən getsin!”

Bunun ardından insanlar ölkə başçısına və kürəkəni, Xarici İşlər naziri Cibran Basilə qarşı etiraz şüarları səsləndirərək yolları bağlayıblar.

Xatırladaq ki, oktyabrın 17-də Beyrutda çox sayda insanın iştirakı ilə etiraz aksiyası baş vermiş və etirazçılar əsas yolları bağlamışdı.

Etirazlara dövlətin sosial şəbəkələrə, o cümlədən, “Whatsapp”a vergi qoyması səbəb olub.

  DİGƏR XƏBƏRLƏR