Məhkəmə Trampı 2 milyon dollar cərimələdi

Nyu York məhkəməsi prezident Donald Trampı və övladlarını 2 milyon dollar məbləğində cərimələyib.Modern.az xəbər verir ki, Tramp ailəsi ilə birlikdə “Tramp Foundation” fondundan siyasi məqsədlərlə istifadə etməkdə təqsirli bilinib.

2016-cı ilin fevralında fond veteran təşkilatları üçün 2,8 milyon dollar pul toplayıb. Nyu Yorkun ali məhkəməsi Trampın federal qanunları pozduğu üçün qeyri-kommersiya təşkilatlarına 2 milyon dollar ödəməli olduğunu qərar çıxarıb.

  DİGƏR XƏBƏRLƏR