Mobil telefonlar bizi məhvə aparır: gənclərin 23 faizi smartfon aludəçisidir

İngiltərədə aparılan araşdırma zamanı hər 4 uşaqdan və ya gəncdən birinin mobil telefon aludəçisi olduğu üzə çıxıb.
Qaynarinfo euronews.com-a istinadən xəbər verir ki, 2011-ci ildən bəri aparılan araşdırma Avropa, Amerika və Asiyadan 40 mindən çox gənc və yeniyetməni əhatə edir.
Analiz nəticələrinə görə, gənclərin 23 faizi mobil telefonlardan problemli və ya faydasız şəkildə istifadə edirlər. Telefon yanlarında olmadıqda isə narahatlıq yaşayan gənclərin cihazla daha çox vaxt keçirmək üçün lazımi işlərini təxirə saldıqları da üzə çıxıb. Bu aludəçiliyin sağlamlıq üzərində böyük təsirləri olduğu qeyd edilir.
Smartfonlara bağlı yaşayan gənclərdə depresiyaya tutulma riski, stres nisbəti digər gənclərlə müqayisədə daha yüksəkdir. Onların əksəriyyətinin həmçinin yuxu promlemləri yaşadıqları da bildirilir. Bu kateqoriyadan olanların çoxu vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirirlər.
İngiltərənin Kinqs Kollec Universitetinin doktoru Nikola Kalk hələlik aludəçilin mobil telefonlarla, yoxsa istifadə olunan tətbiqlərlə bağlı olduğunu bilmədiklərini deyib.
Araşdırmanı aparan mütəxəssislər problemin ciddiliyini vurğulayaraq, buna qarşı cavab tədbirlərinin görülməsinə ehtiyac olduğunu bildiriblər.

  DİGƏR XƏBƏRLƏR