“Nümayişçilərin tələbləri əsasən haqlıdır-korrupsiya, işsizlik…”

Rusiya İraqda davam etməkdə olan siyasi böhranı həll etmək üçün zərurət yaranarsa köməyini göstərməyə hazırdır. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə belə deyib.
İraqda oktyabrın əvvəllərindən başlayaraq hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Hakimiyyət etirazçılara qarşı sistemli şəkildə gücdən istifadə edir, silah işlədir. Təkcə ötən sutka ərzində təhlükəsizlik qüvvələri ilə toqquşmalarda azı 45 nümayişçi öldürülüb, İranın Nəcəf şəhərindəki konsulluğu yandırılıb. Analitiklərə görə, təhlükə var ki, İraqda hökumət əleyhinə başlamış etirazlar daha zorakı zəminə keçə və Suriya ssenarisi üzrə davam edə bilər.
İraq üzərində ABŞ-ın siyasi təsir imkanları son vaxtlar xeyli azalıb, İranın və Rusiyanın təsirləri isə artıb. Rusiya İraqı öz orbitinə çəkmək üçün fəal işləyir, bu ölkədə öz mövqelərini gücləndirir.
Mixail Boqdanovun bildirdiyinə görə, İraqdakı situasiya narahatlıq doğurur. “Biz həm iraqlılara, həm İraq rəhbərliyinin vəziyyətin normallaşmasına dair səylərinə ümid bəsləyirik. Və nümayişçilərin irəli sürdüyü tələbələr, hansı ki, onlar əhəmiyyətli dərəcədə haqlıdır-mən iqtisadi situasiya baxımından deyirəm və əhalinin yaşadığı problemləri, işsizliyi, korrupsiyanı nəzərdə tuturam. Ümid edirəm ki, hökumət bu çağırışlara maksimal operativ və effektiv adekvat cavab verə bilmək üçün özündə güc tapacaq”,-rusiyalı diplomat bildirib.(Virtualaz.org)

  DİGƏR XƏBƏRLƏR