Ölkədən qaçan prezident: Həyatımı o xilas etdi

Meksika Prezidenti həyatımı xilas etdi, buna görə minnətdarıq.

Axar.az xəbər verir ki, bunu Boliviyanın eks-prezidenti Evo Morales bildirib.

Meksikaya sığınan Morales ordunun səlahiyyətli nümayəndələrindən birinin ona dövlət başçısını təslim edənə 50 min dollar mükafat veriləcəyini söylədiyini deyib:

“Təəssüf ki, bəzi polislər də çevrilişdə iştirak etdi. Sukre və Potosi merləri istefa verməyə məcbur oldular. Onlar qorxduqları üçün deyil, ailələri ilə təhdid edildiklərinə görə istefa verdilər. Biz artıq qan tökülməsin, qarşıdurma olmasın deyə istefa verdik. Siyasətdən ayrılmayacam, yaşadığım müddət ərzində mübarizəmi davam etdirəcəyəm. Əminik ki, bütün dünya xalqlarının azad olmaq hüququ var. Zülmü, marginallaşmanı və alçaldılmağı bitirdiyimizə inanırdıq, ancaq həyat və vətənə hörmət etməyən bir qrup meydana çıxdı”.

Qeyd edək ki, Morales ordunun təzyiqindən dolayı istefa verib və Meksikadan sığınacaq istəyib, rəsmi Mexikonun razılığı ilə eks-prezident sözügedən ölkəyə gedib.

  DİGƏR XƏBƏRLƏR