Qazi qadınlar Cümşüd Nuriyevi məhkəməyə verir: “Haqqımızı ondan alacağıq”

“Mən hazırda Ermənistan hökumətinin girovluğunda olan Azərbaycan qadınları ilə bağlı konfrans və tədbirlər həyata keçirmək üçün Hollandiyadayam. Gələn həftə vətənə qayıdıb, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi”nin adından rəsmi olaraq məhkəməyə müraciət edib Cümşüd Nuriyevin cəzalandırılmasına çalışacağıq”. 

Musavat.com bildirir ki, bu sözləri zamanında Ağdam istiqamətində döyüşlərdə tibb  bacısı kimi xidmət göstərən, adı çəkilən qurumun sədri olan Rada Abbas sosial şəbəkədə qeyd edib.

O, sabiq deputat Cümşüd Nuriyevi məhkəməyə verərək, döyüşlərdə iştirak edən qadınların haqlarını tələb edəcəyini bildirib: “Onun küçə adamı adlandırdığı müharibədə şəhid olmuş, sağlamlığını, gəncliyini, həyatinin gözəl arzularını itirmiş qadınlarımızın haqqını ondan alacağıq. Hazır olun döyüşə gedən qızlar, bu da itica ilə bir döyüşdür. Azərbaycan qadını müqəddəsdir. Azərbaycan qadınına dul uzatmağınız yetər artıq”.

Xatırladaq ki, Xatırladaq ki, sabiq deputat Cümşüd Nuriyev AzTV-nin “Əsas məsələ” verilişində qalmaqallı fikirlər bildirib: “Xalq Cəbhəsinin Xanım Xəlilovanın başçılığı ilə yaradılmış bir qadın batalyonu var idi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idisə, hamısı küçə söyüşləri ilə orada idilər”.

Sabiq deputatın bu fikirləri ictimaiyyətdə qəzəblə qarşılanıb, sərt tənqid edilib.

Xalidə Gəray,
Musavat.com

  DİGƏR XƏBƏRLƏR