Rəqqasə Fatimə dərmanla arıqlayan məşhurları biabır etdi – VİDEO

Rəqqasə Fatimə Fətəliyeva dərmanla arıqlayan məşhurları rüsvay edib.

Oxu.Az xəbər verir ki, “ATV Maqazin 10-larla” verilişində qonaq olan rəqqasə müxtəlif dərmanlar və çaylarla kilo verənlərin vəziyyətlərinin yaxşı olmadığını bildirib.

“Pişik” ləqəbli Güneli rüsvay edən Fatimə ona söz atıb:

“Özünə pişik deməsin. Artıq pişiklik bir şey qalmayıb. Arıqladıcı dərmanlardan da uzaq olsun. Çünki həmin insanlarda vəziyyətin yaxşılığa doğru getmədiyini eşitmişəm. Dərmanlardan uzaq olmayı tövsiyə edirəm. İnsan vücuduna ziyandir. Məşhurlar həmin dərmanlarla kilo verdiklərinə sevinirlər. Amma sonra onun fəsadları olur”.

Özünü necə formada saxlamasına gəlincə, rəqqasə bunu rəqsə borclu olduğunu bildirib:

“İnsanın vücudunu, ruhunu sağlam saxlayan rəqs və musiqidir”.

Qeyd edək ki, bir müddət öncə adı dərman qalmaqalında hallanan Günel dərmanla arıqladığını, heç bir pəhriz saxlamadığını etiraf edib.

Sevinc Yasinqızı

  DİGƏR XƏBƏRLƏR