Rusiya ABŞ astronavtlarını stansiyaya buraxmır

Rusiya əleyhinə sanksiyalara görə ABŞ astronavtları beynəlxalq kosmik stansiyaya buraxılmaya bilər.

Axar.az xəbər verir ki, bu barədə “Viborcza” qəzeti yazıb.

Nəşr ABŞ-ın kosmik stansiyada Rusiyadan asılılığa görə böyük pullar xərclədiyini qeyd edib. Yazıda bununla yanaşı 2020-ci ildə rus kosmik gəmilərində amerikalı astronavtlara yer ayrılmadığı bildirilib.

Materialın müəllifi problemin həlli üçün Rusiya ilə danışıqlar aparılmalı olduğunu bildirsə də, ABŞ sanksiyaları NASA-ya bunu qadağan edir.

  DİGƏR XƏBƏRLƏR