Rusiyadan İranı xilas etmək üçün milyardlarla dollar borc…

İranın Energetika naziri Riza Ərdəkaniyan dəmiryolu xətti və enerji layihələri üçün Rusiyadan 5 milyard dollar borc alacaqlarını deyib.
Qaynarinfo xəbər verir ki, nazir Ərdəkaniyan dövlət mediasında verdiyi açıqlamada sabah Moskvaya gedəcəyini və rusiyalı həmkarı Aleksandr Novak ilə İran Parlamentinin fevral ayında təsdiqlədiyi kreditdən istifadə mövzusunda görüşüb, danışıqlar aparacağını bildirib.
Ərdəkaniyanın sözlərinə görə, Moskvadan alınacaq borc Hürmüzqan əyalətindəki 1400 meqavatlıq elektrik stansiyası və dəmiryolu xətlərinin ötürülməsini bərpa etmək üçün istifadə ediləcək.
Qeyd edək ki, İran Parlamenti fevral ayında hökumətin infrastruktur sərmayələri və layihələri üçün Rusiyadan 5 milyard dollar kredit alacağı ilə bağlı qanunu qəbul edib.

  DİGƏR XƏBƏRLƏR