Rusiyanın Milli Rifah Fondunda dolların payı azaldılacaq

Gələn il Rusiyanın Milli Rifah Fondunun valyuta ehtiyatlarında ABŞ dollarının payı azaldılacaq.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin maliyyə nazirinin müavini Vladimir Kolıçev məlumat verib.

O, bunu geosiyasi risklərlə izah edib.

Noyabrın 1-nə sözügedən fondda 8 trilyon rubl (təxminən, 124 milyard ABŞ dolları) məbləğində vəsait var ki, bunun da 46%-i xarici valyutada, o cümlədən 45%-i dollarda saxlanılır.

  DİGƏR XƏBƏRLƏR