S-400-lərin Ankarada sınaqdan keçirilməsinə başlandı (VİDEO)

Bu gün Ankarada hava hücumundan müdafiə sistemi (HSS) layihəsi çərçivəsində paytaxt səmalarında F-16-lar və digər təyyarələr tərəfindən yüksək və aşağı hündürlükdə sınaq uçuşları keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu haqda Ankara Valiliyindən məlumat verilib.Məlumata görə, döyüş təyyarələri S-400-ün sınaq və təlim fəaliyyətləri çərçivəsində uçuş keçirəcək.Təyyarələr əvvəlcə Ankaranın Qəhrəmanqazan şəhərindəki Akıncı bazası kimi tanınan Mürtəd Hava Liman Komandanlığına yerləşdirilən S-400 batareyalarının üzərində və ətrafında uçacaq və radar sistemi sınanacaq.

Sınaq fəaliyyətlərində təyyarələrin sistemə tanıdılacağı yoxlanılacaq. Önümüzdəki günlərdə sınaq fəaliyyətlərinin getdikcə daha da artması gözlənilir. Sistemin quraşdırma və sınaq fəaliyyətlərinin tamamlanması ilə 2020-ci ilin aprel ayında istifadəyə verilməsi planlaşdırılır.

  DİGƏR XƏBƏRLƏR