Şah İsmayıl Xətainin heykəlini yenə köçürürlər – Video

Paytaxtın əsas magistrallarından olan Yusif Səfərov küçəsinin genişləndirilməsindən sonra Səfəvilər dövlətinin banısı, şair Şah İsmayıl Xətainin abidəsi yolun ortasında qalıb…

Görkəmli şəxsin abidəsi ziyarət etmək üçün əlçatmaz olub. Bununla bağlı narazılıqlar yaranmış, tarixi şəxsiyyətin abidəsinin yerinin dəyişdirilməsi, onun ziyarətçilər üçün daha rahat, əzəmətli və görünən yerdə qoyulması ilə bağlı müxtəlif mətbuat səhifələrində, sosial şəbəkələrdə müzakirələr aparılır.

Bizimyol.info xəbər verir ki, Şah İsmayıl Xətainin abidəsinin yeri ilə bağlı bir sıra müzakirələr aparılıb.

Əldə etdiyimiz məlumata görə, Şah İsmayıl Xətainin abidəsi hazırkı yerindən təxminən 50-100 metr aralıda – Mərkəzi Neftçilər Xəstəxanasının yaxınlığındakı ərazidə qoyulacaq. Bunun üçün İngiltərənin tanınmış memarı Mənsur Bookani tərəfindən yeni layihə hazırlanır.

 

  DİGƏR XƏBƏRLƏR