Siciliyada evləri 1 avroya satmağa başladılar: tək şərtlə…

İtaliyanın Siciliya adasında yerləşən Bivona şəhərində evlər 1 avroya satışa qoyulub.
Qaynarinfo xəbər verir ki, bu haqda “The Sun” məlumat yayıb.
Xəbərdə bu kiçik şəhərin əhalisinin daim azaldığı qeyd olunur. Buna görə Bivona səlahiyyətliləri şəhərə yeni sakinlər cəlb etmək üçün mənzillərin bu qəymətə satışının kömək edəcəyi qərarına gəlib.
Ancaq mənzil aldıqdan sonra orada yaşamaq öhdəliyi yoxdur. Alınan evdən hətta mağaza və ya restoran kimi istifadə etmək olar.
Tək şərt isə şəhər binalarının yenidən qurulması üçün ən azı 2,5 min avro investisiya yatırmaqdır.

  DİGƏR XƏBƏRLƏR