Şimali Koreya Yapon dənizinə iki raket atdı Şimali Koreya Yapon dənizinə iki raket atdı

Şimali Koreya Şərq dənizində (Yapon dənizi) yeni raket sınaqları keçirib.
Qaynarinfo xəbər verir ki, bu haqda Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Xəbərə görə, Cənubi Koreya Baş qərargahı Şimali Koreyanın şərqində yerləşən Hamqyonq əyalətindən axşam saatlarında Şərq dənizinə iki raket atıldığını müəyyən edib.
Açıqlamada raketlərin növü və ya diapazonunun verilmədiyi, Cənubi Koreya ordusunun bölgədəki vəziyyəti izlədiyi qeyd edilib.
Hadisə Şimali Koreyanın Yapon dənizində 13-cü raket sınağı olaraq qeyd edilib. Pxenyan administrasiyası sonuncu dəfə oktyabrın 31-də Şimali Koreya sahillərindən çoxlu batareyadan istifadə edərək Şərq dənizinə iki raket atmışdı.

  DİGƏR XƏBƏRLƏR