Sumqayıtda yaşayan Türkiyə vətəndaşı çətin durumda: ölkəsinə getmək istəyir… – VİDEO

Türkiyə Cümhuriyyətinin vətəndaşı olan Mehmet Çalışır 11 ildir ki, Azərbaycanda yaşayır. O, azərbaycanlı xanımla ailə qurub və 3 övladı var. Hazırda Sumqayıtın Kotec yaşayış massivində kirayədə qalır.

M. Çalışır Xeberle.com-a Azərbaycanda iş tapa bilmədiyindən şikayətlənir:

“Xarici vətəndaş olduğum üçün xərcləri ağırdır deyə heç bir yerdə iş tapa bilmirəm. Azərbaycan vətəndaşı olmadığım üçün şirkətlər başıma bir iş gələrsə xərcinin çox olacağından narahat olub məni işə götürmürlər. Artıq 5 aydır işsizəm, özümdə ailəmlə kirayədə yaşayıram və artıq 3 aydır kirayə pulunu da ödəyə bilmirəm. Yoldaşım da ağır şəkər xəstəsidir. Ayda iki dəfə müalicə alır. Uşaqların xərcləri, yoldaşımın dərmanlarının pulu, heç birini qarşılaya bilmirəm. Türkiyəyə 11 ildir gedə bilmirəm. Öncəliklə işlə təmin olunmaq, sonra isə maddi yardıma ehtiyacım var. Öz ölkəmə getmək istəyirəm. Çünki orada tibbi sığorta var və müalicələr ödənişsizdir və işlə də təmin olunaram”

Xədicə Səxavətqızı

  DİGƏR XƏBƏRLƏR