Təşviqat kampaniyası başladı

Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təşviqat kampaniyasına bu gündən start verilir.

“Qafqazinfo” xəbər verir ki, qanuna görə, seçkiqabağı təşviqatın aparılması üçün müddət səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Seçkiqabağı təşviqatın aparılması dekabrın 22-si saat 08:00-da dayandırılacaq.

Qeyd edək ki, respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

  DİGƏR XƏBƏRLƏR