Trampın impiçmenti ilə bağlı 5 vacib sual

Prezident Donald Trampın impiçment proseduru çərçivəsində başladılan araşdırmadan təxminən 2 ay sonra məlum olub ki, administrasiya Ukrayna üçün nəzərdə tutulan, hər iki partiya tərəfindən təsdiqlənmiş hərbi yardım paketindən imtina edib.

“The Washington Post” qəzetinin müxbiri Ember Filips bu məsələ ilə bağlı aşağıdakı sualları cavalandırmaq lazım gəldiyini düşünür:

1. Bütün bunlara kim rəhbərlik edir?

Sentyabrda “The Washington Post” məlumat verib ki, Tramp Ukraynanın yeni prezidenti ilə telefon danışığı aparıb, ondan siyasi araşdırma aparmasını xahiş etmədən öncə Ağ Evin aparat rəhbəri vəzifəsini icra edən Mik Malveniyə Ukraynaya yardımın dayandırılmasına dair göstəriş verib. Bu barədə prezident administrasiyasının yüksək vəzifəli üç nümayəndəsi məlumat verib.

2. Malveninin rolu nədən ibarət olub?

Yardımın dayandırılma səbəbini heç kim bilməsə də, Malveni bilir. O, publik şəkildə bəyan edib ki, Kiyevi 2016-cı il seçkilərinə Ukraynanın müdaxiləsi ilə bağlı komplo nəzəriyyəsini araşdırmağa məcbur etmək məqsədilə Tramp vəsaiti dayandırıb. Həmçinin Milli Təhlükəsizlik Xidmətinin iki əməkdaşı qeyd edib ki, onlar Malveninin araşdırma müqabilində yardımın dayandırılmasına əmr verdiyini eşidiblər.

3. Rudolf Culianinin rolu nədən ibarət olub?

Niyə Culiani Ukrayanda gizli xarici siyasət həyata keçirib? O, bütün bunları kimin üçün edib? Deyəsən, Culiani Trampa təsir göstərə bilir. Ukraynalılar administrasiya əməkdaşları ilə müqayisədə onunla danışıqlar aparmağa üstünlük verərdilər. Ya da Tramp administrasiyanın digər üzvlərinə Culiani ilə danışmağı tapşıracaqdı.

4. Ukrayna hərbi yardımın niyə dayandırıldığını, Oval kabinetdə görüşün niyə təxirə salındığını bilibmi?

Sondlendin sözlərinə görə, o, ukraynalılara deyib ki, onlar Demokratlara qarşı araşdırma başladıldığını elan etdikdə yardım alacaqlar. ABŞ-ın Ukrayna səfiri vəzifəsini icra edən UilyamTeylorun ukraynalılar ilə sıx əlaqələri olub. Onun ifadələrinə əsasən, ukraynalılar xahişin nədən ibarət olduğunu başa düşsələr də, bunu etmək istəməyiblər. Ukrayna nəyə məcbur edildiyini bilibmi? Bu sualın cavabı “xidmət əvəzində xidmət” tələbinin olub-olmadığını təsdiqləməkdə kömək ola bilər. Lakin Demokratlar iddia etməyə başlayıb ki, Trampa impiçment elan etmək üçün “xidmət əvəzində xidmət” tələbinin olması mütləq deyil.

5. Niyə Tramp ümumiyyətlə Ukraynaya qarşı qərəzli olub?

Bu sual ifadə verənlərdə də çaşqınlığa səbəb olub. Deyəsən, Trampın beyninə yeridiblər ki, 2016-cı il seçkilərinə müdaxilə kampaniyasında Ukraynanın əli olub, hərçənd Amerikanın xüsusi xidmət orqanları bunda Rusiyanın əli olduğunu iddia edir. Trampın Ukrayna prezidenti ilə telefon danışığı zamanı zalda iştirak edənlərdən biri podpolkovnik Aleksandr Vindman bildirib ki, apreldə Trampın Zelenskiyə münasibəti müsbət olub, sonra iyulda baş tutan telefon danışığından sonra onun tonu əks tərəfə doğru dəyişib, hərçənd administrasiya üzvləri ABŞ-ın müttəfiqi kimi Zelenskini mədh etməklə məşğul olublar.

Deyəsən, anti-ukrayna “estafeti”ni indi Culiani alıb. Onun Ukrayna ilə əlaqəli işgüzar tərəfdaşları var. Görünən odur ki, Culiani ona təsir edən ukraynalıların xahişini yerinə yetirmək istəyib. “Böyük məmnuniyyətlə Rudinin ona söylədiklərinə qulaq asardım, – administrasiyanın yüksək vəzifəli rəsmilərindən biri Qreq Caffeyə deyib.
– Böyük sirrdir. Bu sirrin üstü açılsaydı, tam tablonu görmək və məsələni həll etmək mümkün olardı”.

(Tərcümə: xarici pressa)

  DİGƏR XƏBƏRLƏR