Yapon deputatlar gülüş hədəfinə çevrildi-FOTO

Ötən gün Yaponiya Parlamentinin üzvləri zəlzələ təlimini icra ediblər.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, millət vəkilləri başlarına ağ rəngdə kaska taxaraq, təlimə qatılıblar. Deputatların bu görüntüsü dünya mediasının da diqqətini çəkib. Lakin başlarına qoyduqları kaskanın kağızdan olması isə sosial şəbəkələrdə ironiya ilə qarşılanıb. Çox sayda istifadəçi deputatların “Ulduz Müharibələri” filmindən foto paylaşaraq, onları lağa qoyublar.
 

  DİGƏR XƏBƏRLƏR