Zəhərlənmiş tələbələrdən yeni XƏBƏR

“Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan Bakı Dövlət Universitetinin tələbələri – Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı vəziyyəti ağır stabil olaraq qalır”.

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, hər iki xəstə anlaqlı vəziyyətdədir, huşları yerindədir:

 

“Müalicələri davam etdirilir”.

 

Qızların həyati təhlükəsinə gəlincə, baş toksikoloq deyib ki, gedişat müsbətə doğrudur:

 

“Proses bu şəkildə davam edərsə, həyati təhlükələri demək olar ki, yoxdur”.

 

Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universietinin (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib. Baş Prokurorluğun məlumatına görə, onlardan biri – fizika fakultəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı qidadan zəhərlənərək vəfat edib.

1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı (Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi) və 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı (Kitabxanaçılıq və informasiya fakültəsinin tələbəsi) zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib. Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

  DİGƏR XƏBƏRLƏR