Zelenski Lukaşenkonun təklifini qəbul etmədi

Ukrayna Prezidenti Vladimir Zelenski belaruslu həmkarı Aleksandr Lukaşenkonun Belarus sərhədçilərinin Rusiya sərhədində yerləşdirilməsi təklifini rədd edib.

“İnterfaks” xəbər verir ki, o, bu barədə Oçakov şəhərində gecə brifinqi zamanı danışıb.

Zelenskinin sözlərinə görə, Lukaşenko rəsmi Kiyev sərhədə nəzarəti ələ keçirmək üçün Minskə müraciət etdiyi halda mütləq kömək edəcəyini vəd edib. Ancaq Ukrayna Prezidenti ona təşəkkür edərək bundan imtina edib: “Düşünürəm ki, biz müstəqil ölkəyik və sərhədçilərimiz kifayət qədərdir”.

Qeyd edək ki, A. Lukaşenko bu ilin sentyabrında sülhməramlı qüvvələri Donbassa gətirməyə və Ukrayna-Rusiya sərhədinin bir hissəsini nəzarətə götürməyə hazır olduğunu, lakin bunun üçün Kiyev və Moskvanın razılığını almağın lazım olduğunu bəyan edib.

  DİGƏR XƏBƏRLƏR