Zlatan İbrahimoviç: Mən gəldim, gördüm, ABŞ-ı fəth etdim – VİDEO

ABŞ-ın “Los-Anceles Qalaksi” klubu isveçli futbolçu Zlatan İbrahimoviçlə müqavilənin müddətini qarşılıqlı razılaşma əsasında uzatmayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

38 yaşlı hücumçunun ABŞ təmsilçisi ilə hazırkı müqaviləsi dekabrın 31-i başa çatacaq. İbrahimoviçin özü də dünən “Twitter” hesabında bu klubdan ayrılacağını bildirib:

“Mən gəldim, mən gördüm, mən fəth etdim. Mənə özümü canlı hiss etdirdiyin üçün təşəkkür edirəm, “Los-Anceles Qalaksi”. “Qalaksi” fanatları, siz Zlatanı istədiniz, mən Zlatanı sizə verdim. Həyat hekayəm davam edir… İndi isə beyzbola baxmağa gedək”.

Onun 2010-2012-ci illərdə oynadığı İtaliyanın “Milan” klubuna qayıdacağı iddia edilir. Onu “Napoli” və “Bolonya”nın da istədiyi bildirilir. Hətta “Bolonya”nın baş məşqçisi Sinişa Mixayloviçlə yaxınlığına görə İbrahimoviçin daha çox bu kluba keçməyə yaxın olduğunu iddia edənlər də var.

  DİGƏR XƏBƏRLƏR