10 lüks avtomobili cızan uşağa verilən cəza bəlli oldu – MARAQLI

Çində 3 yaşlı bir uşaq avtomobil qalereyasındakı avtomobilləri cızaraq ailəsini olduqca çətin bir vəziyyətə salıb. Hadisənin məhkəməyə qədər gedib çıxmasından sonra uşağın ailəsi təzminat ödəmək məcburiyyətində qalıb.
Moderator.az xəbər verir ki, Çinin Guilin şəhərindəki bir avtomobil qalereyasına ailəsi ilə gələn uşaq oynayarkən əlindəki kiçik bir daşla 10 “Audi “markalı avtomobili cızıb.
Baş verən hadisə zamanı avtomobil satıcısı başlanğıcda uşağın ailəsindən 200.000 yuan (38.650 dollar) tələb edib. Uşağın ailəsi satıcının söylədiyi məbləği ödəyə bilməyəcəklərini söylədikdən sonra tərəflər məhkəməyə müraciət edib.
Dekabrın 3-ü sona çatan məhkəmə prosesində ailənin 70.000 yuan (13.500 dollar) məbləğində pulu birdəfəlik ödəməsinə qərar verilib.

  DİGƏR XƏBƏRLƏR