“Admiral Kuznetsov”un yanğın görüntüləri yayıldı (VİDEO)

Rusiya İstintaq Komitəsi tikinti və ya digər işlər zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə “Admiral Kuznetsov” təyyarə gəmisində yanğın hadisəsi ilə bağlı cinayət işi açıb. 
Qaynarinfo xəbər verir ki, hadisə zamanı 12 nəfər xəsarət alıb. Yanğın baş verən yerdə bir nəfərin cəsədi tapılıb. İki nəfərin taleyi naməlum olaraq qalır.
Xatıladaq ki, dünən “Admiral Kuznetsov” təyyarədaşıyan kreyserində yanğın baş verib. Hadisə “Zvyozdoçka” gəmi təmiri zavodunda birinci enerji blokunda qaynaq aparıldığı zaman başlayıb.

  DİGƏR XƏBƏRLƏR