Azərbaycanda ailə başçısı qadın olanda ailənin gəliri daha çox olur – RƏSMİ

Bu ilin əvvəlinə olan sonuncu məlumata görə Azərbaycanda ev təsərrüfatlarında adambaşına düşən aylıq gəlir 286 manat olub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, ailə başçısı kişi olan təsərrüfatlarda adambaşına düşən aylıq gəlir 274 manat, ailə başçısı qadın olan təsərrüfatlarda isə adambaşına düşən aylıq gəlir 285,9 manat olub.
Qadınların ailə başçısı olduğu ev təsərrüfatlarının ümumi gəlirində ölkə xaricindən göndərilən pul vəsaitləri kişilərtin ailə başçısı olduğu ev təsərrüfatları ilə müqayisədə təxminən 3 dəfə çox olub. Belə ki, qadınların ailə başçısı olduğu ev təsərrüfatlarında ölkə xaricindən göndərilən pul vəsaiti adambaşına 15,3 manat olub. Bu göstərici kişilərdə 5,5 manat təşkil edib.

  DİGƏR XƏBƏRLƏR