Banklar hesabdan pul “oğurlayan” dələduzlarla mübarizə üçün yeni yol tapdı

Rusiyada kredit təşkilatları köçürmə əməliyyatının qanuniliyinə şübhə olduğu təqdirdə pulun müştəriyə geri qaytarılması mexanizmini tətbiq etmək niyyətindədirlər.
Qaynarinfo mk.ru-ya istinadən xəbər verir ki, beləliklə, banklar müştərinin razılığı alınmayan köçürmələrlə bağlı müxanizmə dəyişiklik etmək istəyirlər. Hazırkı prosedura görə, müştərilər bankın çağırışına anında cavab vermirsə, əməliyyat davam etdirilir.
Rusiya Banklar Assosiasiyasının sədr müavini Aleksey Voylukov bildirib ki, şirkətlər şübhəli transferlərin dayandırılması müddətinin artırılmasını istəyirlər.
Qeyd edək ki, bu günə kimi əməliyyatda saxtakarlıq olduğuna dair şübhə olduğu təqdirdə, banklar hesabdan pul silinməsinə yalnız 2 gün mane ola bilirdilər.

  DİGƏR XƏBƏRLƏR