Bu kənddə şagirdlər məktəbə velosipedlə gəlir – VİDEO

Balakən rayonunun ən ucqar, qonşu Gürcüstanla sərhəddə yerləşən İtitala kəndində şagirdlərin əksəriyyəti dərsə velosipedlə gəlir.

Xezerxeber.az-ın məlumatına görə, bu kənddə formalaşan maraqlı ənənə məktəblilərə sərf edir.

Velosipedlə məktəbə gəlməklə həm vaxtında dərsə çatırlar, həm də bir növ idman etmiş olurlar.

Mətəbin həyətində velosipedlərin qoyulması üçün xüsusi yer ayrılıb.

Bu məktəbdə Azərbaycan və gürcü bölmələri olmaqla, ümumilkdə 368 şagird təhsil alır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


 

  DİGƏR XƏBƏRLƏR