Çilidə prezidenti impiçment etmək üçün yol verilmədi

Çili Parlamentinin Deputatlar Palatası (aşağı palatası) Çili Prezidenti Sebastian Pinyeraya qarşı ittihamların irəli sürülməsinə razılıq verməyib.

Trend-in məlumatına görə, bu barədə aşağı palatanın mətbuat xidməti bildirib.

ittihamların irəli sürməməsinə 79 nəfər səs verib, 73 nəfər əleyhinə olub:

“Beləliklə, prezident Sebastian Pinyeraya qarşı heç bir konstitusiya ittihamı irəli sürülməyib”.

Qeyd edək ki, parlament üzvləri Pinyeranı konstitusiyanı pozmaqda və hökumət əleyhinə etirazlar zamanı insan hüquqlarının sistematik pozulmasına görə məsuliyyət daşıdığını hesab ediblər.

  DİGƏR XƏBƏRLƏR