Etiraz aksiyaları səbəbindən Fransaya turist axını azalıb

Fransada keçirilən etiraz aksiyaları nəticəsində ölkəyə gələn turistlərin sayı kəskin şəkildə azalıb.

“Report”un Fransa bürosu xəbər verir ki, etiraz aksiyalarının 8-ci günü nəqliyyatın iflic vəziyyətə düşməsi səbəbindən ölkə paytaxtındakı otellərdə ləğv olunan rezervasiyaların sayı 30%-i ötüb.

Dekabrın 5-dən etibarən təqaüd sistemində islahatlara qarşı keçirilən etiraz aksiyalarının Milad bayramı və hətta Yeni ilə qədər davam edəcəyi ehtimal olunur. Belə olan halda, otellərdəki rezervasiyaların 70%-ə qədər azalacağı gözlənilir.

Qeyd edək ki, aksylar başlayandan etibarən Fransada, xüsusilə paytaxt Parisdəki kommersiya məntəqələrinin yarıdan çoxu dövriyyələrinin kəskin azaldığını bildiriblər.

  DİGƏR XƏBƏRLƏR